Azərbaycandan elektrik enerji idxalı artıb

16 Noyabr 2021 07:13 (UTC+04:00)

Gürcüstan cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 505,7 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,56 faiz çoxdur.

SİA xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında məlumat verilir.

Bildirilir ki, cari ilin 10 ayında Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 29,32 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan elektrik enerjisi tədarük edib - 1057,6 milyon kilovat-saat.

Gürcüstan yanvar-oktyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovat-saat həcmində elektrik enerjisi ötürülüb.