ABŞ-ın Miçiqan ştatında yaşayan Vein Lin Yuayn, keçmiş ərini ondan 20 min dollar oğurlamaqda ittiham edib. O, qisas almaq üçün bir qatil tutmağa qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qadın, “Rent-A-Hitman” adlı bir veb sayt tapıb və saytda ərizə formasını doldurub. O, Gaido Fanelli adlı bir qatili işə götürüb, amma saytın zarafat məqsədi ilə yaradıldığını bilməyib. Vein, bunu fərq etməyib. Saytın sahibi Bob İnnes təhlükəni anlayıb və dərhal polisə məlumat verib. Polis qadının ciddi olub-olmadığını öyrənmək üçün saxta görüş təşkil edib. Vein, qatil Fanelli ilə görüşdüyünü düşünüb. Lakin, görüşə bir detektiv gedib. Vein detektivə 200 dollar verib və qatil, qətli törətdikdən sonra da 5 min dollar verəcəyini bildirib. Cinayət başında tutulan Vein həbs olunub. Onun ən azı 9 il həbs cəzası alacağı gözlənilib. Vein “Keçmiş ərim üçün həbsə girməyə dəyməzdi, ona görə də onu başqasının öldürməsini istədim” deyə etiraf edib.