Məktəbdə “Oğuzlar” kitabının müzakirəsi keçirilib - FOTOLAR

15 Noyabr 2021 12:09 (UTC+04:00)

12 noyabr 2021-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəbin təşkilatçısı Ulduz Eyvazovanın Konstitusiya günü ilə əlaqədar olaraq VIII sinif şagirdləri üçün nəzərdə tutulmuş və oxunması zəruri olan kitablardan biri - Faruk Sumerin “Oğuzlar” kitabının müzakirəsini keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov, kitabxana müdiri Aybəniz Əhmədova, kitabxanaçı İqlimə Quliyeva, məktəb valideyn komitəsinin sədri Aynurə Şirinova, sinif valideyn komitə sədrlərindən üç nəfər valideyn, məktəbin müəllimlərindən bir qrupu və VIII sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Oğuz tayfalarının etimologiyası, “Oğuz” adının qaynaqlandığı mənbələr, 24 Oğuz boyları - xüsusilə qınıq və qayı boyları, Oğuz adət-ənənələri, oğuzların siyasi, iqtisadi və ticarət əlaqələri, oğuzların qurduqları dövlətlər, Oğuz dövlətinin süqutu səbəbləri, Böyük Səlcuq imperatorluğunun yaranması, Azərbaycanın Səlcuq imperatorluğunun tərkibinə qatılmasının əhəmiyyəti haqqında biliklərin şagirdlərin intellektual səviyyəsinin inkişafında, biliklərinin genişlənməsində rolunu artırmaq olub.