74 yaşlı qadın qəbzi yeyib

15 Noyabr 2021 03:56 (UTC+04:00)

Вeməli, Bolqarıstanda keçirilən parlament və prezident seçkisində maraqlı olay yaşanıb. Belə ki, təkrar səs verə bilməyən qadın avtomatik səsverməni təsdiqləyən qəbzi yeyib.

Qeyd edək ki, məlumatı Bolqarıstan Milli Televiziyası yayıb.

Hadisə barədə Sofiyadakı seçki məntəqəsinin əmkdaşları məlumat veriblər. Yerli komissiya rəhbərinin sözlərinə görə, 74 yaşlı qadın avtomatik səsvermə qurğusundan istifadə edib, ancaq qəbzi alandan sonra fikrini dəyişib və təkrar səs verməsi üçün ona imkan yaradılmasını xahiş edib.

Razılıq almayan qadın reqlamentin tələbi ilə seçki komissiyasının üzvlərinə təhvil verməli olduğu qəbzi yeyib.