"Barselona" "Zalsburq"un futbolçusu Karim Adeyemi ilə maraqlanır.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə Sport1-in jurnalisti Florian Plettenberq məlumat verib. Kataloniya təmsilçisinin yeni baş məşqçisi Xavinin 19 yaşlı hücumçunun oyununu bəyəndiyi bildirilib.
Futbolçunun agenti artıq "Barselona" ilə əlaqə saxlayıb və hətta bir neçə həftə əvvəl danışıqlar üçün Barselonaya uçub. Adeyeminin özü də Kataloniya klubuna transferdə maraqlıdır.
Qeyd edək ki, alman oyunçu bu mövsüm Avstriya çempionatında 13 oyunda 11 qol vurub və 1 qolun ötürməsini verib.