Başı üstə dayanmaqla məşhur oldu

14 Noyabr 2021 06:53 (UTC+04:00)

Deməli hadisə Parisdə baş verib.

Belə ki, birinci dünya müharibəsinin başa çatması münasibəti ilə Yelisey sarayında ənənəvi banket təşkil olunub.

Tədbirə bir qayda olaraq keçmiş hərbçilər dəvət edilib. Dəvət olunanlardan biri binanın girişində başı aşağı, əlləri üstə dayanıb.

Təhlükəsizlik xidməti onu dayandırsa da, artıq kameralar hərəkəti qeydə almışdı. Hadisəni bir neçə televiziya canlı yayıb. Amma keçmiş döyüşçünün şəxsiyyəti açıqlanmır.