Peyvənd olunmayan futbolçunun maaşı kəsiləcək

13 Noyabr 2021 21:50 (UTC+04:00)

Almaniyanın “Bayern” klubu koronavirus şübhəsiylə karantinə alınan futbolçusu Yozua Kimmixin maaşını kəsəcək. SİA Matc.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi alman yarımmüdafiəçinin 7 günlük məvacibini kəsəcək. Bu da 384 min avro edir.

Almaniya hökumətinin qərarına görə, peyvənd olunmayan və koronavirusa görə karantinə alınan şəxslər pul ödəməlidir.