Əfqanıstanın paytaxtı Kabulda partlayış olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, şahidlər partlayışın şəhər ərazisinə yerləşdirilən bombanın işə düşməsi zamanı baş verdiyini bildiriblər.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar cəlb olunub. Partlayışda ölənlərin olub-olmadığı hələlik açıqlanmayıb.