"Böyük Britaniya Silahlı Qüvvələrinin şəxsi heyətinin kiçik bir qrupu Polşa hökuməti ilə Belarus sərhədində davam edən vəziyyəti həll etmək üçün necə mühəndislik dəstəyi göstərə biləcəyimizi araşdırmaq üçün əldə edilmiş razılaşmadan sonra Polşa sərhədinə yerləşdirilib", - deyə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter-də bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda İngiltərə və Polşanın uzun tarixi dostluqlara malik iki NATO müttəfiqi olduğu vurğulanıb. “The Teleqraf” qəzetində yer alan xəbərə görə, Polşanın müdafiə naziri Mariuş Blaşçak Britaniya ordusu mühəndislərinin polşalı həmkarları ilə Belarus sərhədində “kəşfiyyat” missiyasına başladığını bildirib.
Blaşçak qeyd edib ki, onun qoşunları Polşa-Belarus sərhədində hasarın möhkəmləndirilməsində əməkdaşlıq edəcək. Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 6-da etdiyi çıxışında Belarusun Aİ ilə Readmissiya sazişini dayandırmasını xatırladıb və bəyan edib ki, Qərbin Rusiya və Belarusa münasibətindən sonra onlar müharibədən qaçan insanları daha özləri qəbul edə bilməyəcəklər. Avropaya getmək üçün Belarusa gələn qaçqınları saxlamayacaqlarını ifadə edən Lukaşenko, “Polşa, Litva, Latviya, Ukrayna ilə sərhədlərimizi bağlayacağımızı, Əfqanıstan, İrandan gələn qaçqınlar üçün “məskunlaşma yeri” olacağımızı düşünənlər, səhv edirlər. Biz heç kimi işə götürməyəcəyik. Onlar bizə gəlmirlər, işıqlı, isti, rahat Avropaya gedirlər”. deyə bildirib.
Aİ Belarus administrasiyasını İraq kimi ölkələrdən sığınacaq axtaran şəxsləri Aİ ölkələri Polşa, Litva və Latviya sərhədlərinə göndərməklə “qanunsuz miqrasiyadan bir alət kimi istifadə etməkdə və bu yolla birliyin sabitliyini pozmağa çalışmaqda” ittiham edir. İki ölkə arasında sıxışan qaçqınların soyuq hava şəraiti və qeyri-kafi qidalanma səbəbi ilə çətin şərtlər altında sağ qalmaq üçün mübarizə apardığı son 2 ayda bu səbəblərdən təxminən 10 nəfərin həyatını itirdiyi bildirilir.