Futbol üzrə İngiltərə milli komandası yeni rekorda imza atıb. SİA xəbər verir ki, komanda buna dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gəldikləri Albaniya yığması ilə oyunda nail olub.
İngiltərə millisi ötən gecə doğma meydanda Albaniyanı 5:0 hesabı ilə məğlub edib. Bununla da Qaret Sautqeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub. Nəticədə İngiltərə yığması 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar il ərzində 39 dəfə fərqlənməyi bacarmışdılar.
İngiltərə millisi seçmə mərhələdə yer aldığı I qrupunda 23 xalla liderdir.