“Əlbəttə ki, dünən İstanbulda keçirilən Türkdilli Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü bir sıra vacib məqamlar və qəbul olunmuş qərarlarla yadda qaldı. Bunu xüsusilə qeyd etmək lazımdır ki, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin türkdilli dövlətlərin birgə qərarı və təsdiq edilmiş İstanbul zirvəsində türk dövlətlərinin Ali Ordeni ilə təltif edilməsi tarixi bir hadisədir. Bu ilk dəfə olaraq məhz cənab İlham Əliyevə təqdim edildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, burada bir sıra vacib məqamlar var: “Birincisi Prezident cənab İlham Əliyevin türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığının inkişafında, məhz Azərbaycan Prezidentinin iki il müddətində türk dövlətlərinin təşkilatına sədrlik etdiyi dövrdə bu təşkilatın daha bir dünya səviyyəsində nüfuzlu təşkilata çevrilməsində, cənab İlham Əliyevin məhz türk dünyasının daha da yaxınlaşmasında və birlik nümayiş etdirməsində verdiyi töhfə, o cümlədən Azərbaycanın ötən il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsindəki tarixi nəaliyyətimizə görə bu qələbənin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilməsi məhz dünən verilən o tarixi qərarla Azərbaycan Respublikasının Prezidentinin Ali Ordenlə təltif olunması ilə yadda qaldı”.
“Bu ordenin çox böyük önəmi var. Bu bir daha Azərbaycan Prezidentinin həm dünyada, həm də türk dünyasında nə qədər nüfuzlu şəxs olduğunu bir daha sübut etdi. Cənab İlham Əliyev bu ödülün təkcə ona yox, bütövlükdə Azərbaycan xalqına verildiyini qeyd edərək, bir daha Azərbaycan Prezidentinin öz xalqına olan sevgisini açıq şəkildə göstərmiş oldu”.
“ABŞ-da keçirilən dırnaqarası “Demokratiya sammiti” isə bir daha dünyada ikili standartların mövcud olduğu və bu ikili standartlardan çıxış etməklə bəzi ölkələrə təzyiq göstərmək mexanizmini həyata keçirirlər. Birincisi onu qeyd etmək lazımdır ki, əgər bura Demokratiya sammitidirsə, elə demokratiyanın, insan haqlarının ən çox pozulduğu ölkələrin əksəriyyəti ABŞ tərəfindən bu sammitə dəvət olunub.
Ermənistanın, İraqın, Konqonun və bir sıra digər ölkələr var ki, bu ölkələrdə hər hansısa bir demokratiyadan söz gedə bilməz. Elə bugünlərdə BMT-nin İnsan Haqları Komitəsi Ermənistanda polis xorakılığı ilə bağlı yeni qərar qəbulu edib və artıq BMT-nin mətbuat katibliyi tərəfindən bu qərar açıqlanmışdır. Belə olan halda, nədənsə Türkiyyə, Macarıstan, Azərbaycan bu sammitə dəvət almırlar. Soruşmaq lazımdır ki, oraya dəvət alan ölkələr hansı kriteriyalara əsasən seçiliblər? Burada birmənalı olaraq ABŞ-ın növbəti dəfə yeritdiyi siysətdə ikili standartlar mövcuddur. ABŞ düşünür ki, bununla ölkələrə hər hansısa bir təzyiq göstərəcəklər. Konqonu, İraqı, Ermənistanı bu sammitə dəvət etməklə tam əksinə ABŞ özünün demokratiya anlayışını tamamilə alt-üst edir”.
“Təbii ki, burada ikili standartlar mövcuddur və bu ikil standartlardan çalışırlar ki, hər hansı təzyiqlər nümayiş etdirsinlər. Hansı ölkələr ABŞ-ın əlaltısına, müstəmləkəsinə çevrilibsə, onları ora dəvət etməklə bunu açıq şəkildə nümayiş etdiriblər”.
“Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsidir və Cənubi Qafqazda sülhü, əmin-amanlığı təmin edir. Azərbaycan öz ərazi bütövlüyünü də təmin etdi. Son illərdə Erməmistanda baş verən hadisələr, jurnalistlərin həbsi, keçmiş prezidentlərə qarşı olan təqiblər, hakimiyyətə qarşı səslənənən fikirlərə görə təqiblərin aparılması və s. bütün bunlar hamısı ABŞ kriteriyası ilə Ermənistana baxanda dırnaqarası demokratiyasının bariz göstəricisidir. Amma Azərbaycanda insan haqları da qorunduğu, Cənubi Qafqazın lider ölkəsi olduğu, Azərbaycan dünyada baş verən hadisələrə yeni çağırışlarla çıxış edən ölkə olduğu halda nədənsə ABŞ yenə də öz ikili standart mexanizmini işə salaraq, müstəmləkəsinə çevirdiyi ölkələrlə "Demokratiya sammiti" keçirməyə çalışır”.
Ayşən Vəli