Daha 4 565 nəfər koronavirusa yoluxub - GÜRCÜSTANDA

13 Noyabr 2021 12:19 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 4 565 koronavirusa yoluxub, 78 nəfər pandemiyanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da Gürcüstanda bu günədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 780 391-ə, müalicə olunaraq sağalanların sayı 711 105-ə, ölənlərin sayı isə 10 894-ə çatıb.

Hazırda ölkədə 1295 nəfər klinik otellərdə, 49 nəfər karantin rejimində, 675 nəfər stasionar nəzarətdədir.

Gürcüstanda bu günədək 2 041 209 nəfər vaksinasiya olunub.