Fransız siyasətçi şok cavab verdi

13 Noyabr 2021 09:22 (UTC+04:00)

Belarusun Polşa ilə sərhədində miqrant böhranı davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, belə bir vaxtda Fransanın BFM televiziyasında Belarus-Polşa miqrant böhranı ilə bağlı verilişin qonağı olan köhnə model və siyasətçi olan Julien Odoul bildirib ki, Avropanın əsas vəzifəsi ilk növbədə avropalıları qorumaqdır. Proqramda Odoul qəti şəkildə deyir: "Biz mütləq bu sərhədi açmamalıyıq, bir çoxu potensial təhlükəli olan bu immiqrantları mütləq qəbul etməməliyik".

Fransız jurnalist Olivier Truchotun "Onları tikanlı məftillər arxasında donub ölməsinə icazə verək?" sualına o, “Bəli, əlbəttə, tamamilə bəli belə düşünürəm" deyə cavab verib. Jurnalist çaşqın halda dedi ki, bəs, donub ölsünlər? Odoul “Əks halda Avropa mühacirlərin işğalı ilə üzləşəcək” deyərək özünü müdafiə edib. Təəccübünü gizlədə bilməyən Truşot yenidən Odoula deyib: "(Mənim sualıma) Julien Odoul cavab ver. "Əlbəttə, onları dondurub öldürməliyik" dedin?" sualını təkrarlayıb. Digər qonaqların da narahat olduğunu görən Odoul bu dəfə üz ifadəsini dəyişərək, “Yox, onların soyuqdan ölməsinə imkan vermirik, əslində onları Avropa sərhədlərindən kənara qoyuruq” deyib.