Peskov "Sputnik Light" peyvəndini seçib...

13 Noyabr 2021 04:16 (UTC+04:00)

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sputnik Light” peyvəndi vurdurub.

SİA-nın məlumatına görə, “Sputnik Light”a üstünlük verdiyini deyən Kremlin sözçüsü peyvəndi vurdurduqdan sonra gün ərzində hərarətinin olduğunu bildirib.

Peskov sözügedən peyvəndin keyfiyyətindən danışarkən orqanizmdə antitellərin yüksək səviyyədə qaldığını vurğulayıb.