“Korkut Ata” Film Festivalı Şuşada keçiriləcək

12 Noyabr 2021 23:53 (UTC+04:00)

"Korkut Ata” Türk Dünyası Film Festivalı 2023-cü ildə Şuşada keçiriləcək”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Tvitter hesabında paylaşım edib.

O qeyd edib ki, bu qərarı Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy açıqlayıb.