İngiltərədə yaşayan Lüsi Hammersley adlı qadın yanağında sərt cisim hiss etdikdən sonra xəstəxanaya müraciət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müayinə nəticəsində qadına xərçəngin 4-cü mərhələsi diaqnozu qoyulub. Həkimlərin 6 ay müddət qoyduğu Lüsi ölməyib. Çünki, xəstəxanada qadına səhv diaqnoz qoyulub. Bu faktı öyrənən Hammersli göz yaşlarını saxlaya bilməyib.