Qonur ayılar şəhərdə gəzintiyə çıxıb

12 Noyabr 2021 16:23 (UTC+04:00)

ABŞ-da həm yerli əhalinin, həm də vəhşi təbiət həvəskarlarının tanıdığı məşhur qonur ayı 4 balasını da götürərək şəhərə gəzintiyə çıxıb. Tədqiqatçıların müayinə üçün taxdıqları 399 nömrəli qulaq etiketi ilə də tanınan qonur ayı çərşənbə axşamı gecə Vayominq ştatında balaları ilə qəsəbəni gəzərkən görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vəhşi təbiət həvəskarları və səlahiyyətlilər tərəfindən tanınan ayılar, bir neçə ildir ki, tədqiqatçılar tərəfindən izlənilib. Adətən "Qrand Teton" Milli Parkında balaları ilə yaşayan qonur ayı, əvvəllər də dəfələrlə magistral yollarda, parklarda, küçə və xiyabanlarda görünüb.