Türkiyənin aparıcı şirkətinin rəhbəri UNEC tələbələri ilə görüşüb

12 Noyabr 2021 15:02 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin və Türk dünyası iqtisad fakültəsinin birgə təşkilatçılığı ilə “Özgün Yapı Sanayi ve Ticaret” şirkətinin Azərbaycandakı filialının müdiri Alim Şentürkün tələbələrlə görüşü keçirilib.

UNEC-dən SİA-ya bildirilib ki, görüşdə Alim Şentürk tələbələrə karyera planlaması barədə faydalı məlumat və məsləhətlər verib, öz təcrübəsindən danışıb.

Görüş zamanı tələbələrin sualları da cavablandırılıb.