"Koroğlu" metrostansiyası gücləndirilmiş iş rejiminə keçdi

11 Noyabr 2021 15:37 (UTC+04:00)

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyunu ilə əlaqədar metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə SİA-ya açıqlamasında Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, artıq bu barədə stansiya rəhbərliyinə tapşırıq verilib: “Oyundan sonra azarkeşlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək. Stansiyada sərnişin sıxlığının yarnamaması üçün ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq” - deyə B.Məmmədov deyib.

Qeyd edək ki, oyun bu gün saat 20.00-da başlayacaq.