Baş nazir qızına görə yayımı dayandırmalı olub

11 Noyabr 2021 15:23 (UTC+04:00)

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern, sosial mediada ölkədə koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı xalqa müraciət edib. Ardernin “Facebook” da etdiyi yayımda maraqlı anlar yaşanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, veriliş zamanı Ardernin evindən üç yaşlı qızının ona “ana” dediyi eşidilib. Bir müddət vəziyyəti toparlamağa çalışan Ardern qızının təkidi ilə “sən yat, mən birazdan sənin yanına gələcəm” deyərək, gecəsinin xeyirli olmasını diləyib. Qızından “yox” cavabını alan ananın razı salmaq cəhdləri nəticə verməyincə yayımı dayandırmalı olub. Baş verənlərə görə vətəndaşlardan üzr istəyən Ardern, Neveni yenidən yatıracağam, çünki, onun yatmaq vaxtı artıq keçib. Məni dinlədiyiniz üçün təşəkkür edirəm, deyərək yayımını bitirib.