Qarabağa süni “erməni axını”... ANALİTİK+AKTUAL

11 Noyabr 2021 13:28 (UTC+04:00)

Və ya elə ermənilər var ki, onların özləri-öz yalanlarını ifşa edirlər

44 günlük müharibədən sonra Ermənistan resurslarını informasiya cəbhəsinə doğru yönəltdi – feyk xəbərlərin yayılması kontekstində. Hətta İrəvanın kapitulyasiya sənədinə imza atılmasından sonrakı ilk günlərdəcə Ermənistanın əsas tezislərindən biri “erməni qaçqınlarının kütləvi şəkildə Qarabağa geri dönmələri” feyki “aktual mövzu” olaraq ortaya atıldı.

Söz yox ki, bu kimi saxta təbliğatlar, ilk növbədə, ermənilərin özlərinə hədəflənmişdi, xüsusilə, Qarabağ ermənilərinə ki, onlar müharibədən sonra unitazlarını qucaqlayaraq aradan çıxırdılar.

Lakin buna baxmayaraq, üçtərəfli bəyanatın imzalanmasının ardınca ermənilərin təbliğat maşınları çoxsaylı feykləri ilə “kütləvi qayıdış” mənzərəsini yaratmağa başladılar və bu məsələdə Rusiya sülhməramlıları da az dəstək göstərmədilər. Ancaq feyk elə feykdir və gec ya da tez bütün yalanlar üzə çıxmalıydı. Üstəlik, elə ermənilər var ki, onların özləri-öz yalanlarını ifşa edirlər. Məsələn...

Ağdərədə nə elektrik enerjisi, nə qaz, nə də su var

Məsələn, bugünlərdə Ağdərədə avtomobili ilə hərəkətdə olan və Rusiyadan gəldiyi ehtimal edilən erməni küçələrdən keçərkən şəhərin boş və kimsəsiz olduğundan gileylənir, geri qayıtdığına görə peşan olduğunu bildirir.

Şəhərin ölü sükutu, sakinlərəsiz olması açıq-aşkar görünməkdədir. Videonu çəkən erməni senzuradan kənar ifadələri ilə emosiyalı halda təəccüb edir ki, bütün yol boyunca yalnız bir-iki adamla rastlaşıb. Bütün bunlarla yanaşı, Ağdərədə nə elektrik enerjisi, nə qaz, nə də su var.

Praktiki olaraq bütün evlər yarıdağılmış və atılmışdır. Ümumiyyətlə, həmin kadrlara baxarkən gözlər önündə sanki qiyamət günündən sonrakı mənzərə canlanır. Lap Hollivud ulduzu Frensis Lourensin “Mən əfsanəyəm” dramatik filmində olduğu kimi. Bütün bunlardan sonra “Qarabağda sıx şəkildə yerləşmiş erməni əhalisi” deyərkən, bu ifadəyə, sadəcə, istehza etmək qalır.

RSK-nin nəzarəti altındakı bölgələrdə ən uzağı 25 min erməni yaşayır

Beləliklə, Ağdərədəki kadrlardan sonra feyklərinin ifşasını anlayan Ermənistan hökumətinin rəsmiləri dərhal zəncirdən qırılmış köpəklər kimi quduzlaşmağa başladılar, hətta həmin kadrları yayan ermənini “türklərə işləməkdə” (?!) ittiham etdilər. Hələ bu da son deyil. Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan dərhal brifinq keçirərək Qarabağda guya yüz mindən çox insanın yaşadığını həyasızcasına bəyan etdi. Kifayət qədər bəlli olur ki, İrəvan hazırda münasibətləri pozulmuş diasporanı və dünya ictimaiyyətini inandırmağa çalışır ki, guya ermənilər öz gələcəklərini Qarabağda görürlər və ona görə də “kütləvi şəkildə geriyə dönürlər”, üstəlik, orada müharibəyə qədərki sayda ermənilər yaşayırlar. Hələ bu harasıdır? Hətta elələri də tapılır ki, onların iddialarına görə və sən demə Qarabağda müharibədən əvvəlkindən də çox ermənilər yaşayırmış...

Ancaq həqiqət nəyi göstərir? Misal üçün, Azərbaycan tərəfinin əlində olan və obyektiv nəzarət mexanizmlərindən əldə edilən məlumatara görə bugünkü gündə RSK-nin nəzarəti altındakı bölgələrdə ən uzağı 25 min erməni yaşayır və onların əsas hissəsi, yəni 20 min nəfəri Xankəndidə məskunlaşıblar. Yerdə qalan 5 min nəfər isə ətraf yaşayış məntəqələrinə səpələniblər. Kimlər bacarıblarsa, onlar Ermənistana keçərək oradan da xarici ölkələrə köçüblər. Təbii ki, belə olan vəziyyətdə “ermənilərin Qarabağa kütləvi axını” iddialarından ümumiyyətlə, danışmağa dəyməz. Bunun şahidi olmaq üçün isə təkcə Ağdərə ilə bağlı videoya baxmaq kifayət edir.

Rövşən RƏSULOV