Sabahdan qar yağacaq? - DİQQƏT! - PROQNOZLAR BÜROSUNUN DİREKTORU AÇIQLADI

11 Noyabr 2021 11:35 (UTC+04:00)

“Noyabrın 10-u gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərə isə qar yağıb”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağan qar nəticəsində bəzi rayonlarda 9 santimetrə çatıb: “Güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 26 metr saniyəyədək, Bakıda və Abşeron yarımadasında isə 35-38 metr saniyəyədək yüksəlib”.

“Güclü külək nəticəsində dalğanın hündürlüyü neft daşlarında 6,7 metrə çatıb. Bu gün ərzində də küləkli-yağıntılı hava şəraiti davam edəcək”.

“12 noyabr səhər saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Sonrakı günlər havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək”.

Ayşən Vəli