Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Mustafa Kazimiyə göndərdiyi məktubda Bağdaddakı iqamətgahında törədilən terror aktını pisləyib və sağalması diləklərini çatdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Prezident Ərdoğan noyabrın 7-də iqamətgahına edilən hücumdan yara almadan sağ çıxan İraqın baş naziri Mustafa Kazimiyə tezliklə sağalması üçün məktub göndərib. Prezident Ərdoğan məktubunda bu sözləri deyib: "Hörmətli baş nazir, əziz qardaşım, Bağdaddakı iqamətgahınıza edilən terror aktını böyük kədər hissi ilə öyrəndim. Bu mənfur hücumu ən sərt şəkildə qınayıram. Türkiyə Cümhuriyyəti sizə güclü dəstəyini davam etdirmək əzmindədir. Bir daha təkrar edirəm ki, biz sizin yanınızda olacağıq. Başsağlığımı çatdırmaqla yanaşı, Zati-alilərinə cansağlığı və xoşbəxtlik, xalqınıza rifah arzuladığımı bir daha bildirirəm”.