Türkiyənin TRT-nin telekanalına istinad edən SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirib ki, 1976-cı ildə təkcə 200 ədəd istehsal olunmuş tam işlək “Apple 1” kompüter ABŞ-da keçirilən hərracda 400 min dollara satılıb.
Kaliforniyadakı “John Moran Auctioneers” hərrac evindən verilən açıqlamada isə kompüterin ilk istifadəçisinin bir universitet professoru olduğu, ancaq onu 650 dollara bir tələbəsinə satdığı bildirilib.