Slovakiyalı model Veronika Rajek “İnstaqram”da problem yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, modelin 1,1 milyon izləyicisi olan hesabı davamlı olaraq bağlanır.
Səbəb isə onun gözəlliyidir. Paylaşdıqları fotoların gerçək olduğuna inanmayan istifadəçilər onun hesabını “saxta” ittihamı ilə şikayət edirlər. Veronika Rajek hər dəfə hesabının yenidən açılması üçün mübarizə aparır.
Ayşən Vəli