Devalvasiya olacaq? - DİQQƏT! - İQTİSADÇI-EKSPERT AYDINLIQ GƏTİRDİ

10 Noyabr 2021 11:17 (UTC+04:00)

"Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən bazara, hərraclara çıxarılan valyutanın məbləğidir. Nəzərə alsaq ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi dövlətin fondu tərəfindən ödənilir. O baxımdan, Dövlət Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsi baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur: "Nəzərə alsaq ki, digər, xüsusən də xarici sərhəd tərəfdaşlarımıza milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Həm də təbii ki, psixoloji təsirləri var. Nəzərə alsaq ki, Azərbaycanın qeyri-neft sektorunda qeyri-neft ixracatının xüsusi paya malik olan ölkələrdə və xüsusən Türkiyədə milli valyutanın məzənnəsində kəskin azalmalar müşahidə olunur. Nəticə etibarilə biz ümumiyyətlə region ölkələrinin milli valyutalarının ucuzlaşmasını müşahidə edirik".

Vüqar Bayramov sözlərinə belə davam edib: "Dünya bazarında dolların möhkəmlənməsi prosesi var. Dollar hətta Avropa puluna nisbətən belə son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Amma Azərbaycanda hələlik məzənnə rejiminə keçilməyib və praktik olaraq manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından, mövqeyindən asılıdır. Nəticə etibarilə Mərkəzi Bank prosesi intervensiya etmək imkanlarını və digər intervensiya alətlərindən istifadə edə bilir. Ona görə də növbəti dövrdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa mərkəzi bankın mövqeyindən asılı olacaq".

Ayşən Vəli