Şirlər də koronavirusa yoluxublar

10 Noyabr 2021 03:20 (UTC+04:00)

Sinqapur zooparkında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin baytar xidməti məlumat yayıb.

Məlumata görə, COVID-ə heyvanxanadakı şirlər arasında rast gəlinib. Dörd Asiya və bir Afrika şirinin ölümcül virusa tutulduğu bildirilib.

İlkin ehtimallara görə, xəstəlik vəhşi heyvanlara zooparkın əməkdaşından keçib.

Artıq COVID-li heyvanlar digər həmcinslərindən təcrid olunub.