Ölüm halına məxsus bu hisslərin necə yarandığını elm indiyə kimi izah edə bilmir. Lakin ehtimal edilir ki, tunel effekti beyin neyronlarının fəaliyyətinin nəticəsidir. Ölüm vaxtı onlar xaotik hərəkətə başlayır, bu, parlaq işıq təsəvvürü yaradır, oksigen çatışmazlığı nəticəsində pereferik görmə pozulur və “tunel effekti” əmələ gəlir.
Bəzən yaranan eyforiya hissi isə beyinin endorfin ifraz etməsi ilə izah oluna bilər, “daxili opiatlar” ağrı və narahatçılıqları aradan qaldırır. Belə hallarda hallüsinasiyalar yaranır, insanlar xoş hisslər yaşayırlar. (HekimTap)