Almaniya Kansleri Angela Merkel 16 illik hakimiyyətini təhvil verməyə hazırlaşarkən, “Uzun illər qarşıma qoyulan gündəmlə məşğul idim, hər an hazır olmalıydım. İndi isə könüllü olaraq nə edəcəyimə baxacağam” deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni hökumət rəsmi olaraq vəzifəyə gəldikdən sonra nə edəcəyi ilə bağlı suallara cavab verən Merkel, “Daha siyasətlə məşğul olmayacam və hal-hazırda nə edəcəyimi bilmirəm. Əvvəl də dediyim kimi, kitab oxuyub dincələcəyəm” deyə ifadə edib.
Enerjisini haradan aldığını soruşduqda Merkel, işləməyi sevən, maraqlanan bir insan olduğuna diqqət çəkərək fərqli insanları, fərqli mədəniyyətləri tanımağın onu zənginləşdirdiyini və bunun ona enerji verdiyini söyləyib. Merkel, sıx gündəlik iş qrafikində qısa fasilələrin də vacib olduğunu bildirib.