Ceyhun Bayramov Fransaya gedib

9 Noyabr 2021 13:30 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.