Balinaların döyüşü qan gölünə çevrildi - VİDEO

9 Noyabr 2021 13:12 (UTC+04:00)

Kaliforniyada balinalara baxan tur agentliyinə məxsus dron, suyun dərinliyində balina döyüşünün saniyə-saniyə görüntülərini çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “YouTube”da yayımlanan videoda iki balinanın ölümcül döyüşü əks olunub. Böyük ağ balina dərin sularda rəqibinə aman verməyib. Ağ balinanın dişləməsi nəticəsində digər balina suda can verib. Dəniz bioloqu Rayan Conson bildirib ki, balinanın damarları kəsildiyi üçün bu qədər qan itirib. Conson balinanın ilk zərbələri quyruğundan aldığını da bildirib.