Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 4 Avropa Birliyi ölkəsi Fransa, İrlandiya, Estoniya, Norveç, eləcə də gələn il şuraya qoşulacaq Albaniya birgə bəyanat yayaraq, İsrailin Fələstində qanunsuz məskunlaşmalarını tənqid edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə E1 və Givat Hamatos bölgəsi də daxil olmaqla 3000-dən çox iqamətgah tikmək planının və məskunlaşmaların beynəlxalq hüquqa görə qeyri-qanuni olduğuna və iki dövlətli həllə mane olduğuna işarə edilib. Bəyanatda o da bildirilib ki, İsrail Müdafiə Nazirliyi Fələstinin 6 insan haqları təşkilatının terror təşkilatı siyahısına salınmasından ciddi narahatdır.