Ən yaşlı magistr bu qadın oldu

9 Noyabr 2021 12:18 (UTC+04:00)

Kanadada olan Şri-Lanka əsilli 87 yaşlı Varatha Şanmuqanathan York Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini bitirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaşlı qadın universitetdə magistratura proqramını bitirən ən yaşlı adam adını qazanıb. Şri-Lankanın Velanai kəndində anadan olan Şanmuqanathan Hindistanın Madras Universitetində bakalavr dərəcəsi alıb. Şanmuqanathan daha sonra Hindistan tarixi və ingilis dilini öyrətmək üçün Şri-Lankaya qayıdıb. Şanmuqanathan 1990-cı ildə İngiltərənin paytaxtı Londona ingilis dilini öyrətmək üçün köçüb. O, 50 yaşlarında London Universitetində tətbiqi dilçilik üzrə magistr təhsilini tamamlayıb.

Şanmuqanathan 2004-cü ildə Kanadaya mühacirət edib, onun da qızı burada yaşayır. York Universitetinin 60 yaşdan yuxarı insanlara pulsuz təhsil verdiyini öyrənən Şanmuqanathan siyasət elmini öyrənmək arzusunu həyata keçirmək üçün 2019-cu ildə işə başlayıb. Noyabrın 2-də magistr təhsilini başa vuran Şanmuqanathan magistr proqramını bitirən ən yaşlı şəxs olub.