Argentinanın paytaxtı San İsidroda ötən il noyabrın 25-də infarkt nəticəsində 60 yaşında dünyasını dəyişən əfsanəvi Dieqo Armando Maradonanın ölümünə görə məsuliyyət daşıyan 7 müttəhimin məhkəməsi başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Neyrocərrah Leopoldo Luke, psixiatr Aqustina Kosaçov, psixoloq Karlos Diaz, evdə qulluq üzrə koordinator həkim Nensi Forlini və tibb bacıları Dahiana Gisella Madrid, Rikardo Almiron və Mariano Perroni məhkəmə prosesində iştirak edirlər.
İclasda hadisədə iştirak edən şəxslərin barmaq izlərinin götürülməsi ilə yanaşı, ehtimal olunan cinayət tərkibinin olub-olmadığı da müəyyən edilib.