Bayden reytinqinin rekord dərəcədə azalmasını şərh edib

9 Noyabr 2021 07:58 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden onun reytinqinin 38 faizə düşdüyünü göstərən sorğu məlumatlarını şərh edib.

SIA xəbər verir ki, yerli telekanala müsahibəsində dövlət başçısı bildirib ki, o, əhalinin 50%-nin dəstəyini əks etdirən digər məlumatlar ilə tanış olub. Onun sözlərinə görə, reytinqi onun administrasiyasının qərarlarının sadə amerikalılara çatanda yüksələcək.

Bayden əlavə edib ki, onun reytinqi əvvəlki ABŞ prezidentlərinin, o cümlədən Barak Obama və Bill Klintonun reytinqi ilə eyni səviyyədədir. Ağ Evin rəhbəri vurğulayıb ki, çoxlu sayda amerikalı pandemiya və bununla bağlı böhrandan narahatdır.