SSRİ-nin ən uzunömürlü diktatorlarından olmuş İosif Stalinin nəticəsi Səlim Bensaad evsiz qalıb.
Bu barədə “360” telekanalına müsahibəsində Səlim Bensaadın mətbuat katibi Vadim Qorjankin bildirib.
Onun sözlərinə görə, atası Əlcəzairli Hosin Bensaad Səlimin qeydiyyatda olduğu Moskva mənzilində qıfılları dəyişdikdən sonra həmin şəxs gecəni şəxsi avtomobilində keçirmək məcburiyyətində qalır. Qorjankin baş verənləri Stalinin nəvəsinin həyatına qəsd adlandırıb. Mətbuat katibi qeyd edib ki, ailədəki münaqişələr müəlliflərindən biri Bensaadın (kiçik Benssad-red) kitabının nəşri ilə əlaqədar kəskinləşib.
“Lana (yazıçı Lana Parşina – red.) tərəfindən birbaşa Səlimlə əməkdaşlıqda hazırlanan kitabın son buraxılışından sonra vəziyyət xeyli gərginləşib”, – Qorjankin əlavə edib.