Bir sıra ölkələrdə Twitter sosial şəbəkəsinin işində problem yaranıb.
SİA-nın məlumatına görə, ötən gün istifadəçilərdən 4 minə yaxın şikayət daxil olub. Bunlardan ən çoxu ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə qeydə alınıb.
İstifadəçilərin əksəriyyəti mikrobloqun işindəki problemlərdən şikayət edib. Müraciət edənlərin 32 faizi mobil tətbiqdəki problemlərdən, 11 faizi isə şəxsi hesaba girişdə yaranmış çətinliklərdən şikayətçi olub.