Tərxunədə kütləvi məzar və cəsədlər tapıldı

9 Noyabr 2021 01:07 (UTC+04:00)

Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı general Xəlifə Hafterə bağlı milislərdən qurtarılan Tərxunə şəhərində yenə üç kütləvi məzar tapıldı.

Liviya Axtarma və Təsbitetmə Təşkilatından verilən yazılı məlumatda Tərxunədə icra edilən axtarış-arama işlərilə bağlı məlumatda bildirilir: “Axtarış qrupları Tərxunənin əl-Abdəli yolu üzərində daha 3 məzar sahəsi təsbit edib. Bu məzarların içindəki cəsədlərin çıxarılması əməliyyatına 8 noyabrdan başlanacaq”.

Qeyd edək ki, Hafter milislərindən qurtarıldığı 5 iyun 2020-ci ildən bu yana Tərxunə şəhərində 83 məzar, 248 cəsəd təsbit edilib.

Liviya hökuməti Tərxunə və ətrafındakı kütləvi məzarlara görə qiyamçı Hafterə bağlı "Qaniyyat" milis qrupunun məsuliyyət daşıdığını bildirir.