60 ölkədən 3 mindən çox rəngarəng kəpənək

9 Noyabr 2021 00:35 (UTC+04:00)

İranın paytaxtı Tehrandakı Kəpənək Muzeyində təxminən 60 ölkədən gətirilən 3 mindən çox rəngarəng kəpənək növü var.

Tehranın qərbindəki Botanika Bağının içində yerləşən və 4 il əvvəl açılan Kəpənək Muzeyində “taksidermi” üsuluyla doldurulan və qurudulan kəpənək və böcəklər gözəlliklərindən heç bir şey itirmədən sərgilənir.

Kəpənək Muzeyində Cənubi Asiya ölkələri başda olmaqla, dünyanın hər yerindən gətirilən, “gecə-gündüz uçanlar” şəklində təsnif edilən kəpənəklər var.

Muzeyi gəzən yerli və xarici qonaqlar şüşə vitrinlərin içində mühafizə edilən kəpənək və böcəklərin ana vətəni və haqlarında məlumatlar da əldə edə bilirlər.