Uğurunu idman nizam-intizamına borcludur

8 Noyabr 2021 09:45 (UTC+04:00)

"Liverpul"un ulduzu Mohamed Salah dünyanın ən yaxşı qolçularından biridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Salah bu uğurunu ciddi qidalanma və idman nizam-intizamına borcludur.

Salah səhər yeməyində “Paratha” adlı hind çörəyi, bir stəkan süd və bir kasa meyvə yeyir. Günorta saatlarında mərci, tərəvəz, çörək, toyuq və bir kasa qatıq, axşamlar o, salat, şorba, tərəvəz və Misir üslublu koşer yeyir. O, yatmazdan əvvəl şəkərsiz meyvə şirəsi də içir.

Ayşən Vəli