ABŞ-da kino səhnələrinə bənzəyən hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Florida ştatında polisin oğurlanmış vasitə xəbəri səbəbiylə saxlamağa çalışdığı mikroavtobus sürücüsü körpüdən atılaraq qaçmağa çalışıb. Həmin anlar polis helikopteri tərəfindən saniyə saniyə çəkilib. Səlahiyyətlilər görüntüləri “Həbsxanaya dalış” başlığı ilə paylaşıb.