Kibercinayətkarlar internetdə aldadarkən “Squid Game”-dən də istifadə etməyə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zərərli proqramlardan təkcə kompüterlər deyil, mobil telefonlar və planşetlər də təsirlənir ki, bu da şəxsi məlumatların oğurlanmasından kredit kartı fırıldaqçılığına qədər bir çox sahədə risk yaradır. Bu səbəbdən internet istifadəçiləri istifadə etdikləri cihazdan asılı olmayaraq diqqətli olmalıdırlar.