Hindistanda itə işgəncə verən şəxs inəyin müdaxiləsi zamanı nə ilə qarşılaşdığına təəccüblənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, inəkdən aldığı zərbədən sonra işgəncə verən şəxs çətinliklə sağalıb. Hindistanda lentə alınan görüntülər qısa zamanda çoxlu baxış qazanıb. Qulaqlarından tutaraq itə dəqiqələrlə işgəncə verən adamın qarşısına inək keçib. İtin qışqırıqlarına dözməyən inək kişiyə hücum edərək iti xilas edib. İnəkdən bu hərəkəti gözləməyən kişinin bir müddət özünə gələ bilməyəcəyi görülüb.