Bakıda Zəfər yürüşü və fləş-mobu keçiriləcək

7 Noyabr 2021 14:10 (UTC+04:00)

Noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək. Saat 10:00-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək. SİA xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan fləş-mobla başa çatacaq.