Qətərdə Zəfər Günü münasibətilə velosiped yürüşü təşkil olunub

7 Noyabr 2021 14:09 (UTC+04:00)

Qətərin paytaxtı Dohada 8 Noyabr – Zəfər Günü münasibətilə velosiped yürüşü təşkil edilib. SİA xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin və azərbaycanlı icmasının təşkilatçılığı ilə Qətərdə yaşayan soydaşlarımız "Qarabağ Azərbaycandır” şüarı altında və dövlət bayrağımız olan velosipedlərlə Doha küçələrindən keçiblər.