Qlobal Bakı Forumunun iştirakçıları Şuşadadırlar

7 Noyabr 2021 13:36 (UTC+04:00)

VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdədir. SİA-nın məlumatına görə, qonaqlar şəhərlə tanış olacaq, Azərbaycanın mədəni irsi baxımından əhəmiyyət kəsb edən bütün yerlərə səfər edəcəklər.

Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olacaqlar. Eləcə də Vətən müharibəsi nəticəsində Şuşanın azad edilməsindən sonra mədəniyyət və tarixi abidələrin bərpası istiqamətində quruculuq işləri ilə tanış olacaqlar.

Eyni zamanda forumun nümayəndələrinin mədəni irsin dəyəri haqqında çıxışları gözlənilir.