Son sutkada 67 nəfər koronavirusdan ölüb - GÜRCÜSTANDA

7 Noyabr 2021 12:44 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 4104 nəfər koronavirusa yoluxub, 67 nəfər pandemiyanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 752 855-ə, müalicə olunaraq sağalanların sayı 688 781-ə, bu virusdan ölənlərin sayı isə 10 435-ə çatıb.