Gələn il əhalinin gəlirləri artacaq...

7 Noyabr 2021 01:25 (UTC+04:00)

İnflyasiya səviyyəsinin tənzimlənməsi əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Ölkədə vaksinasiya prosesinin sürətli şəkildə davam etməsi və pandemiya ilə əlaqədar sosial təcrid tədbirlərinin qismən yumşaldılması istehlak tələbinin artması üçün şərait yaradıb. İstehlakın bərpası əhalinin gəlirlərinin artımı ilə dəstəklənir.

SİA xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Proqnozlara əsasən, növbəti ildə əhalinin gəlirlərinin artaraq 63,3 milyard manata, xərclərinin isə 58,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.