Şokolad əslində son dərəcə sağlam, qidalandırıcı və hətta müalicəvi qida olsa da, istehsal zamanı içinə qarışan inqrediyentlər səbəbiylə qeyri-sağlam, çəki artıran qidaya çevrilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kakao yağının orqanizm üçün faydalı yağ olan olein turşusu və bəzi faydalı doymuş yağlar, məsələn, zeytun yağı ilə zəngin olduğu da məlumdur.
1. Tünd şokolad antioksidant anbarıdır. Bu sayədə yaşlanma əleyhinə təsir göstərməklə yanaşı, ürək xəstəlikləri və xərçəng riskini də azaldır.
2. Tərkibindəki Teobromin Molekulu sayəsində öskürəyə yaxşı gəlir və boğaz ağrısını azaldır.
3. Stressi sakitləşdirir, zehnimizi sakitləşdirir, əhvalımızı şən və dinc edir.
4. Tərkibindəki plavonoid maddəsi sayəsində xolesterini tənzimləyir.
5. Qan şəkərini tənzimləyir.
6. Dəridə günəş şüalarının yaratdığı ləkələrdən qurtulmağa kömək edir və daha hamar bir dəri təmin edir.
7. Tərkibindəki lif sıxlığı sayəsində sizi tox saxlayır.
8. Elmi araşdırmalara görə tünd şokolad istehlak edən qadınların insult riskinin daha az olduğu müəyyən edilmişdir.
9. Tünd şokolad yaxşı bir enerji mənbəyidir. Xüsusilə idmandan əvvəl qəhvə ilə istehlak edildikdə performansı artırmağa kömək edir.
10. Qanın beyinə vurulmasını asanlaşdırır. Bu vəziyyət insanların qavrayışını artırır. Beləliklə, beyin funksiyalarına verdiyi faydalarla birlikdə qavramanı asanlaşdırır.