17 saylı Uşaq Musiqi Məktəbində 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

6 Noyabr 2021 16:26 (UTC+04:00)

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon 17 saylı Uşaq Musiqi Məktəbində 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbiri aparıcısı müəllim Ülvin Hüseynova çıxış edərək qeyd etdi ki, bugünkü tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Vətən müharibəsi qazisi Xəyal Qarayev, Sahib Zeynalov, məktəbin müəllim və şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Aparıcı tədbir iştirakçılarından Vətən uğrunda şəhid olanların xatirəsinin yad etmək üçün bir dəqiqəlik sükut elan edib və bundan sonra Azərbaycan himni səsləndirilib. Ü.Hüseynova xatırladıb ki, 8 noyabr Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Zəfər Günü elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək doğma Qarabağımız erməni işğalçılarından azad edildi. İllərdir dilimizdən düşməyən istək, xəyal, həsrət bu tarixdə sona çatdı. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib, atəşkəsi pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücum etmişdir. Silahlı qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümimi səfərbərlik elan edilmişdir. Qarşıdurma qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Müzəffər Ordumux 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı.

44 gündə müzəffər Azərbaycan Orducu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağıl və zəka ilə, bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan qəsəbəsini, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərindəki mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində ordumuzun peşəkarlığının, hərbçilərimizin cəsarətinin, qəhrəmanlığının bariz nümunəsidir.

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan, I vitse-prezident Mehriban Əliyevanın xalqımıza qayğısından geniş söhbət açdı. Qeyd etdi ki, bir çox ölkələr Azərbaycanın müharibədə qələbə qazanmasını təhlil edir. Onlar 30 ildə Ermənistanın işğalı altında olan torpaqları 44 gün ərzində necə azad etdiklərinə həsədlə baxırlar.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov çıxış edərək Azərbaycan gəclərinə, Azərbaycan dövlətinə öz minnətdarlığını bildirdi, 44 günlük müharibədə qələbə qazanmaq bizim Ordumuzun və Azərbaycan xalqının qələbəsi idi. Bu qələbəni qeyd etmək üçün bu gün bütün mədəniyyət obyektlərində, o cümlədən musiqi məktəblərində şanlı Ordumuzun keçdiyi şərəfli Qalibiyyət yolundan bəhs edən tədbirlər hazırlanır. Bu da təbii ki, gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda böyümələri, Vətəni, Ordunu sevmələri üçün vacib amildir.

Daha sonra məktəbin direktoru Samirə İsayeva tədbir iştirakçılarına təşəkkür etdi və qeyd etdi ki, 44 günlük müharibədə gənclərimiz şəhid və qazi oldular. Ümid edirəm ki, bundan sonra da gənclərimiz Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızı yağı düşməndən qoruyacaqlar. Siz də gördünüz ki, şagirdlərimizin ifa etdiyi mahnılar vətənpərvərlik ruhunda idi. Bizim tədbirdə mötəbər qonaqların iştirak etməsi bizim kollektiv üçün fəxrdir.

Məmmədhəsən Məmmədov